Moşu səhnədən getdi - "Yəqin, respublikada yeganə adamam ki,..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işləmirəm. Müqaviləm bitdi, uzatmadım. Sonuncu dəfə tatar yazıçısı Tufan Minnullin "Ərməğanlı Ərməndər" əsərini səhnələşdirdim və sonra da işdən ayrıldım.
Milli.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında 81 yaşlı xalq artisti Valeh Kərimov deyib.
O, bildirib ki, işdən öz istəyi ilə ayrılıb:
"Darıxıram, amma yol uzaq idi, hər dəfə Mingəçevirə gedib-gəlmək olmurdu. Yaşım çoxdur, narahatlıqlarım olur. Başımı heç nə ilə qata bilmirəm. Evdə oturub krossvord həll edirəm. Yaxşı ki, krossvord var. Yəqin, respublikada yeganə krossvord yazan mənəm. Çünki ona heç kimin marağı yoxdur. Amma mən başımı onunla qatıram.
Həyat yoldaşım 10 ildir rəhmətə gedib, özüm-özümə baxıram. Kaş ki, hamı mənim kimi sağlam və gümrah olsun. Övladlarım da sağ olsun, amma onlara möhtac deyiləm. Zəhmətə öyrəşmiş adamam. Mən boş-bekar qalanda qocalıram, iş görəndə ömrüm uzanır. Televiziyada ancaq xəbərlər proqramını izləyirəm. Köhnə kinolarımıza baxıram, amma təzə kinolara hövsələm çatmır".
Yeni Yasamalda yaşadığını deyən aktyor ərazidə həyətyanı sahənin olmamasından gileylənib:
"Həyət maşınlardan ibarətdir. Nə bir ağac, nə də bir oturacaq var. Maşınların arası ilə gedib marketdən çörək alıram. Prezident təqaüdü və yaşıma görə pensiya alıram. Dolanmağıma çatır".
Qeyd edək ki, Valeh Kərimov bir çox rolları ilə bərabər "Bəxt üzüyü" filmində oynadığı Moşu obrazı ilə tamaşaçıların yaddaşına həkk olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)
-
Ölüm xəbəri yayılan "Banu Günel" illər sonra - (Foto)
-
Samirə Efendi: "Sağlamlıq problemlərim var, heç kəsin lağ edib, artıq danışmağa ixtiyarı yoxdur, ağıllı olun!" (Foto)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
XƏBƏR LENTİ
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
-
Ermənistanın ekoloji riyakarlığı: COP17-də təbiətdən danışır, Amulsar isə suallar yaradır
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Kapitoli təpəsində Siyasi Büro
-
Türkiyədə maliyyə qalmaqalı böyüyür: 131 fond ləğv edilir, investorlar pullarını gözləyir
-
Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)
-
Prezident İlham Əliyev Aleksandr Zuyevi qəbul edib
-
Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib (Foto)
-
Millimizdən dünya çempionatında növbəti qələbə
-
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib (Foto)
-
Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb
-
Cinayət işləri üzrə Avropa Konvensiyasına Əlavə Protokol ratifikasiya edilib
-
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında imzalanan iki sazişi təsdiq edib





