Türkiyənin məşhur aktyoru Celil Nalçakan əməliyyat olub.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, aktyor illərdir təxirə saldığı sağlamlıq problemi səbəbilə əməliyyat keçirdiyini bildirib.
O, əməliyyatın 6 saat sürdüyünü, lakin uğurla başa çatdığını qeyd edib.
"Dünən səhər, 6 saat davam edən bir əməliyyata girdim. İllərdir ertələdiyim bir problem möcüzə insanlar sayəsində həll olundu", - aktyor yazıb.
Milli.Az