Şou-biznes

İtaliya Can Yamanın səsinə həsrət qalacaq

28 Fevral 2025 16:27
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktyor Can Yamanın yeni serialı "El Turco" İtaliyada gözlənildiyi qədər böyük coşqu yaratmayıb. Səbəb isə İtaliyanın onun səsini eşidə bilməyəcək olmasıdır.

Milli.Az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.

İtalyan tamaşaçılar Can Yamanın İtalyanca dublajda öz səsini istifadə etməməsinə görə məyus olublar. Halbuki aktyorun italyan dilini yaxşı bilməsi onun pərəstişkarlarında öz səsi ilə çıxış edəcəyi gözləntisini yaratmışdı.

Qeyd edək ki, "El Turco" qlobal bazarı hədəflədiyi üçün ingilis dilində çəkilib. İtaliyanın məşhur Canale 5 telekanalı serialın yayım hüququnu əldə edib. Bu addıma rəqib kanal Rai 1 isə "Sandokan" serialını alaraq cavab verib. /baku.ws

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.