2022-ci ildə Moskvanı tərk edən Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkinlə bağlı mediada xəbərlər səngimək bilmir.
Milli.Az xəbər verir ki, müğənni İsrailə köçüb və burada adi evdar qadın həyatı yaşayır. Bildirilib ki, Alla vaxtının çoxunu əri olmadan keçirir. Qalkin demək olar ki, günlərini xarici səfərlərdə keçirir. Komediyaçı aylarla qastrol səfərlərində yoxa çıxır, çörəkpulu qazanmağa çalışır.
Cütlüyün uşaqları, 11 yaşlı əkizləri Harri və Liza atasız böyüyürlər. Bütün dostlarının qaldığı Rusiyadan ayrıldıqdan sonra ulduz varislər müxtəlif ölkələrdə bir neçə məktəb dəyişdiriblər. Qalkin övladlarını yalnız həftəsonları görə bilir. Xəbərdə bildirilib ki, Maksim son günlər çox spirtli içki içməsi ilə d gündəmə gəlib.
Qalkin əkizlərinin görüntülərini yayımlayaraq, onların həyatını daha çox videolardan izlədiyini bildirib. /Axşam.az
Milli.Az