Şou-biznes

Məhkəmə zalında nişanlısı Rihannanın üstünə tullandı - VİDEO

20 Fevral 2025 06:33
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə məşhur müğənni Rihannanın nişanlısı, reper Eysap Roki haqqında qərarını açıqlayıb.

Milli.Az xəbər verir ki, məhkəmə onu təqsirsiz hesab edib. Rihanna məhkəmə zalında göz yaşlarını saxlaya bilməyib. Reperin özü də hökm elan edildikdən sonra vəkillərini qucaqlayıb və onlara "Həyatımı xilas etdiyiniz üçün təşəkkür edirəm" deyə, bildirib.

Eysap daha sonra Rihannanın üstünə tullanaraq sevincini onunla bölüşüb və birgə ağlayıblar.

Qeyd edək ki, reper 2021-ci ildə həbs edilib və girov müqabilində azadlığa buraxılıb. Eysap 2021-ci ilin noyabrında "Relli" ləqəbli keçmiş repçi dostu Terell Efrona silahla hücum etməkdə ittiham edilib. Onun 24 ildək həbsi gözlənilirdi. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.