"Kahtalı Miçe" kimi tanınan türkiyəli müğənni Mustafa Kahtalı vəfat edib.
Milli.Az xəbər verir ki, ifaçı 74 yaşında Antalyada müalicə aldığı xəstəxabda dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi. O, ömrünün son 4 ayını xəstəxanda keçirməli olub.
Qeyd edək ki, Kahtalı 57 illik karyerasında 19 albom çıxarıb. 5 il əvvəl məhkəmə qərarı ilə soyadını "Aslan"dan "Kahtalı"ya dəyişib. Onun 4 övladı var. (Axşam.az)
Milli.Az