Şou-biznes

"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

6 Yanvar 2025 23:22
Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəri sevən tamaşaçılardan biri təmənnasız olaraq öz böyrəyini ona vermək istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri gedirdi".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni "Xəzər axşamı" verilişində mərhum həmkarı və dostu Azər Baxşəliyevlə bağlı danışarkən deyib. O, son məqamda Azərin imtina cavabı aldığını bildirib:

"Son illərdə transplantasiya əməliyyatları üçün Etika Komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə biz soruşanda da deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Sonuncu məqamda hansısa bir problem çıxdı və Azərə imtina cavabı gəldi. Bir az da bu olay Azəri çökdürdü".

Qeyd edək ki, Azər Baxşəliyev yanvarın 15-də əməliyyat üçün Türkiyədə gedəcəkdi. (Axşam.az)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.