Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin qalibləri bilindi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin final tədbiri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirildi. Tədbir iki hissədən və iki turdan ibarət idi. Bu il layihənin quruluşçu-xoreoqrafı Ayla Mais qızının rəhbərliyi ilə səhnədə yeniliklər təqdim olundu. İlk dəfə olaraq tamaşaçılara və münsiflərə "sərbəst dəfilə" adlı birinci tur nümayiş etdirildi. Burada iştirakçıların fərdi çıxışları, musiqisi, xüsusi hazırlanmış dəfilələri və səhnə obrazları ilə diqqət çəkdi.
İkinci hissə isə rəsmi tur idi. Burada iştirakçılar ziyafət geyimlərində səhnəyə çıxdılar. Tədbirin münsiflər heyəti aşağıdakı şəxslərdən ibarət idi:
Ramilə Qardaşxanqızı - jurnalist, publisist, şairə, ARB telekanalının əməkdaşı.
Anar İsgəndərsoy - Top Model Azerbaijan layihəsinin və Victoria Dupont Model Agentliyinin təsisçisi.
Cavidan Kəsəmənli - aktyor, Mister Azerbaijan 2023.
Könül İsmaylova - Vice Miss Azerbaijan 2023, makiyaj ustası.
Orxan Məmmədov - Top Model, Fame Model Agentliyinin təsisçisi.
Ali Şamxal - kişi dəbi üzrə ekspert, tərz məsləhətçisi.
Kazım Abdullayev - teatr və kino aktyoru, Xalq Artisti.
Tehranə Bəxruzi - Top Model of the World yarışmasının qalibi, II Vice Miss və Miss Elegance titullarının sahibi.
Amil Abbasov - müsabiqənin icraçı direktoru, 1996-cı ildən əməkdaşı.
Anelya Orduxanova - jurnalist, publisist, Azərbaycan Bayrağı və Qızıl Qələm mükafatlarının laureatı, müsabiqənin təsisçisi.
Tədbirin sonunda fəxri qonaqlar, münsiflər və partnyorlar xüsusi mükafatlarla təltif edildi. Gecənin aparıcısı ilk dəfə səhnəyə çıxan Ada Süleyman idi. Final iştirakçıları Azerbaijan Model School Peşəkar Model Məktəbinin diplomlarına layiq görüldülər.
Müsabiqənin qalibləri:
Miss Azerbaijan 2024: Dəniz İsmiyeva
Mister Azerbaijan 2024: İsməli Abbaszadə
I Vice Mister Azerbaijan 2024: Namiq İbadov
I Vice Miss Azerbaijan 2024: Fidan İsmailova
II Vice Mister Azerbaijan 2024: Rufin Allahverdiyev
II Vice Miss Azerbaijan 2024: İranə Ramazanlı
III Vice Mister Azerbaijan 2024: Əlimuxtar Həsənli
III Vice Miss Azerbaijan 2024: Zeynəb Quliyeva
Mister Baku 2024: Murad Mustafazadə
Miss Baku 2024: Nailə Bayramova
Mister Super Model 2024: Yaqub Fərziyev
Miss Super Model 2024: Aliya Əlibəyli
Mister Photo Model 2024: Qabil Yusifov
Miss Photo Model 2024: Yeganə Həsənli
Mister Style 2024: Qabil Yusifov
Miss Grace 2024: İnci Hüseynzadə
Mister Sport 2024: Təhmasib Ramazanlı
Miss Charm 2024: İlahə Xancanova
Bu tədbir Azərbaycanın gözəllik sənayesində innovativ yanaşmaları ilə yadda qaldı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
-
Rus ordusu bu ərazini işğal etdi
-
Heyvan kəsimi və satışına nəzarət gücləndirildi
-
11 yaşlı qızı maşın vurdu
-
Ərdoğandan jurnalistin sualına maraqlı CAVAB - VİDEO
-
Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış YAĞIR
-
Ailəsini ziyarətə gələn 18 yaşlı əsgər vəfat etdi - VİDEO
-
"Fənərbağça" dünya ulduzunu GƏTİRİR - FOTO
-
Bakı-Tiflis qatarı ilə səyahət edənlər cərimələnə BİLƏR
-
Əməkdar artistin nəvəsi doğuldu: "Səhər 5-dən oyağam"
-
Trinidad və Tobaqo Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
"Ən abırsız və həyasız insanlar Azərbaycanda yaşayır"
-
Faşist diktatorun nəvəsi qalib oldu - FOTO
-
Samanta Mostin Prezident İlham Əliyevə məktub göndərib
-
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib
-
Tailand Kralı Prezident İlham Əliyevə məktub göndərib
-
Cozef Aun Prezident İlham Əliyevi təbrik edib
-
Matamela Siril Ramafoza Prezident İlham Əliyevi təbrik edib
-
Malta Prezidenti Prezident İlham Əliyevi təbrik edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
Li Cemyön Prezident İlham Əliyevi təbrik edib
-
İsveç Kralı XVI Karl Qustav Prezident İlham Əliyevi təbrik edib





