Şou-biznes

Azərbaycanlı aktyoru güllələyib öldürmüşdülər - bu cəza verildi - FOTO

30 Dekabr 2024 18:35
Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azərbaycanlı aktyor Kamran Dadaşzadənin ölümü və biri polis olmaqla 7 nəfərin yaralandığı silahlı insidentlə bağlı yekun məhkəmə prosesi keçirilib.

Milli.Az bildirir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə həbsdə olan və şərti həbs olunan təqsirli şəxslər, eləcə də vəkillər iştirak ediblər. Prosesdə iştirak edən təqsirləndirilən şəxslər ittihamları rədd edərək, bəraət istəyiblər.

Məhkəmə heyəti Fərid Çakırtaşı iki nəfərə qarşı "qəsdən adam öldürməyə cəhd" və "6136 saylı qanunu pozma" cinayətlərinə görə ümumilikdə 20 il müddətinə azadlıqdan məhrum edib. Həmçinin şübhəlilər Polat Öztürk, Kərim Öztürk, Eyüp Can Əsma "qəsdən adam öldürməyə cəhd" maddəsilə 9 il həbs cəzası alıb. Bundan əlavə Gürsel Korkular və Əli Can Çalışkana "6136 saylı qanunu pozma" maddəsilə 2 il, Bülent Kandör isə"silahla qəsdən yaralama" maddəsi ilə 6 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib. digər təqsirləndirilən şəxslər isə bəraət alıblar.

Qeyd edək ki, hadisə 2022-ci il mayın 23-də Bəyazid adlanan ərazidə, Çadırcılar küçəsində baş verib. Burada yerləşən ticarət obyektlərində yanaşı işləyən mağaza sahibləri arasında silahlı insident baş verib. Nəticədə təsadüfən yoldan keçən azərbaycanlı aktyor Kamran Dadaşzadə də güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.