Şou-biznes

"Gossip Girl" filminin ulduzu itkin düşdü - FOTO

14 Noyabr 2024 18:25
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gossip Girl" filminin ulduzu Chanel Maya Banks itkin düşüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Gossip Girl" serialında 'Sawyer Bennet' obrazını canlandıran Chanel Maya Banksın ailəsi aktrisanın 2 həftədir itkin düşdüyünü açıqlayıb.

Polis bildirib ki, Banks sonuncu dəfə oktyabrın 30-da Los-Ancelesdə görülüb.

Aktrisanın yoxluğunu ilk olaraq qonşuları bilib. Onun avtomobili binanın həyətində, iti isə evində qalıb.

Qohumlarının məlumatına görə, o iki gündən bir ailəsi ilə telefon vasitəsilə danışırmış.

Bəzi mənbələrdən verilən məlumata görə isə Maya Banks son zamanlar depressiyada olub. Onun tək qalmaq üçün hamıdan uzaqlaşdığı da ehtimallar arasındadır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.