Şou-biznes

"Kolbasa çörək"lərin pulunu yığırdım ki..."

26 Oktyabr 2024 20:00
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Kamran Ağabalayev Əməkdar artist Sənubər İsgəndərli ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanı ad günü münasibətilə təbrik edənKamran bunları yazıb:

"Sizə bir sirr açım: məktəbə gedərkən anam mənə bir abbası, yəni 20 qəpik pul verirdi ki, tənəffüsdə düş kolbasa çörək ye. Mən də bu "kolbasa çörək"lərin pulunu yığırdım ki, teatrın bir tamaşasına bir bilet alana qədər. Təbii tamaşaya baxmağa getmirdim, məqsəd Sənubər xanımı görmək idi. Sərasər bu 2 il davam edib. İndi Sənubər xanımla eyni kadrı bölüşəndə siz təsəvvür edə bilməzsiniz mən nə hisslər keçirirəm. Bax, o hisslərdə anam, məktəb, həyəcan, sevgi, hörmət, Sovetski, hər şey var. Bundan əlavə bir insan daha nə edə bilər biri üçün? Sizi görmək, sizinlə kadrı bölüşmək, sizinlə hələ dostluq etmək nəyə desəniz dəyər. Allah sizi var eləsin, başqa bilmirəm nə deyim?! Yenə yumağa dönmüşəm yanında".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.