Şou-biznes

"Məkanda iki xanım oturub, əllərində telefon, 2 saat..."

21 Oktyabr 2024 20:23
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Telefonla danışırsan, adama elə gəlir ki, dünən görüşmüsən. Bu yaxınlarda bir məkanda oturmuşdum, gördüm iki xanım oturub, əllərində telefon. 2 saat biri də baş qaldırıb birinin üzünə baxmadı. Telefon yaxşı şeydi, amma ünsiyyət də gözəldir. Təcrid olursan hər şeydən. Mesaj yazışmalarında lüğətimizə, qramatikamıza yad hərflərdən istifadə olunur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "İncə səhər" verilişində deyib. Müğənni telefonun insanlar arasında ünsiyyəti azaltmağından danışıb.

V.Məhərrəmli aparıcı Vüsalə Əlizadənin "Dəyişmirsən" sözlərinə "Axşamlar soyuducuda yatıram" cavabını verib. 

Etiraflar edən müğənni "Hüzur sevən adamam. Nə olursa olsun anında gülə, ağlaya bilərəm. Vüsalənin verilişdən çıxıb, yolboyu ağlaya-ağlaya getməsinin şahidi olmuşam" sözlərini söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.