Şou-biznes

“Muradla bağlı xəbərləri pulla...”

18 Oktyabr 2024 10:55
Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Ülviyyə  Xalinbəyova  açıqlaması ilə diqqət çəkib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, "Xəbərin var?" maqazin verilişində qonaq olan aktrisa keçmiş həyat yoldaşı Murad İsmayılla münasibətlərindən danışmaq istəməyib. 

Proqramın aparıcısı İsa Şükürovun "Muradla boşandıqdan sonra sizi ailə şəklində uşaqlarınızla birgə istirahətə getdiyinizi paylaşımlarınızdan gördük. Hazırda münasibətləriniz necədir?" sualına Ülviyyənin cavabı belə olub: 

"Sözlərimi elə seçməyə çalışıram ki, xəbər hazırlamasınlar. Amma yenə də nəsə tapırlar yazmağa. Heç bir şərh vermək istəmirəm. Bu mövzunun Muradla heç bir əlaqəsi yoxdur. Sadəcə haqqımda çıxan xəbərlərdən və yazılan şərhlərdən yoruluram. İnsanlar Muradla bağlı xəbərləri pulla etdirdiyimi düşünürlər. Bu şeylər isə məni yorur".

Qeyd edək ki, Ülviyyə və Murad cütlüyü aylar əvvəl boşandıqlarını açıqlayıb. Onların iki oğlan övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Milli.Az olay-a istinadən xəbər verir ki,

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.