Şou-biznes

““Çiko”nun içindən siqaret kötüyü çıxdı” - FOTO

18 Oktyabr 2024 19:30
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Ləman Mərrih paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, Ləman marketdən aldığı  günəbaxan tumlarının içindən  siqaret kötüyü çıxdığını deyib:

"Belə bir şey paylaşmaq istəməzdim, amma düşünürəm ki, bu qədər də olmaz! Bu tumların içindən hər gün ya daş, ya da daşlaşmış topa duz çıxırdı. Fikir vermirdim. Bu gün içindən kiminsə siqaret kötüyü çıxıb!

Bu tumlar birbaşa yuyulmadan, istehlakçının ağzına gedir, siz nə edirsiniz, "Çiko tumları" ?! Yaxınlarım bilirlər ki, ümumiyyətlə siqaret çəkmirəm. Yəni, mənim öz siqaretimin kötüyü olması mümkün deyil. Bu, birbaşa paketin içindən çıxıb. Artıq nə almaq lazım olduğunu, kimə güvənmək lazım olduğunu bilmirəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.