Şou-biznes

"Hücumlardan qorxub, arxaya çəkildim ki..."

17 Oktyabr 2024 15:02
Baxış: 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əvvəllər dostlarımızla çox tez-tez görüşərdik. Son vaxtlar bu şeylər yoxdur. Hamının başı öz işinə qarışıb. Düzünü bilmək istəyirsinizsə, mən də bir az arxaya çəkildim. Efirlərdən çəkilməyimin də bir səbəbi var. O da efir mövzusu deyil".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "7 Tamam" verilişində deyib. O, son zamanlar sənət adamlarına olan tənqidlərdən ehtiyat edərək unudulmaq istədiyini bildirib:

"Bəzi insanlar var ki, deyilən sözləri təhrif edərək danışırlar. Bunlardan uzaq olmaq üçün arxaya çəkildim, istədim ki, unudulum. Tam yada düşməyim. Sənət adamlarına olan təpkilərdən, hücumlardan qorxub, arxaya çəkildim ki, bu şeylər məni də gözləyə bilər. Mən də çox özümə qapanıq insan olduğum üçün düşündüm ki, bu şeyləri eşitsəm, özümü toparlaya bilmərəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.