Şou-biznes

Nadirin illər əvvəl himayəsinə götürdüyü qadın indi haradadır?

16 Oktyabr 2024 16:50
Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə illər əvvəl himayəsinə götürdüyü yaşlı qadından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "İncə səhər" proqramında qadının onun başına oyun açdığını deyib. O bildirib ki, qadın əvvəl özünü kimsəsiz kimi təqdim etsə də, sonradan çoxlu qohumu olduğu ortaya çıxıb:

"Onu dövlət himayəsinə verdim. Gedib yanına baş çəkirdim. Orada ona yaxşı da baxırdılar. Gördüm qadının qohumları var, ölü arxasınca danışmaq olmaz. Amma gərək deyim. Qohumları ilə danışırdı: əmi, bibi nəvəsi, xalası. Hamısı ortaya çıxdı".

Qeyd edək ki, N.Qafarzadə illər əvvəl ATV telekanalında yayımlanan "Sən tək deyilsən" verilişində qonaq kimi iştirak etdiyi zaman ahıl yaşda kimsəsiz bir qadını öz himayəsinə götürüb. O, daha sonra qadını ahıllar evinə yerləşdirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.