Şou-biznes

“Aygün Bəylər gedişi ilə bizi də öldürdü” - VİDEO

4 Oktyabr 2024 18:17
Baxış: 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aygün Bəylər əvəzsiz sənətkar idi. Bu həm dostluğunda, həm sənətində, həm də insanlığında...  Çox gözəl insan idi. Böyük bir itki oldu. Aygünün bildiyini sinəsinə döyüb "mənəm-mənəm" deyən musiqiçilər bilməzdi. Onun bildiyini hətta musiqi cəhətdən professor adını belə qazananlar bilmirdi. Aygün Bəylər azərbaycan musiqisinin arxivi idi. Böyük sənətkar getdi amma daim yaşayacaq".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu "Günə bax" verilişində deyib.

Mərhum həmkarı, Əməkdar artist Aygün Bəylərdən söz açan sənətçi onunla bağlı xatirələrini dilə gətirib:

"Aygün Bəylərlə çox yaxın idik. O mənim yaxın dostum idi. Aygün gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmirdim. Onun gedişi o qədər mənə pis təsir etmişdir ki, günlərin bir günü hiss elədim ki, nəfəsim kəsilir. Fikrimi yayındırmaq üçün öz övladımla oynadım. Amma Aygünün ölümü mənə çox pis təsir etdi. O sağlığında rəhmətini qazanan bir xanım idi. Hamımız o dünyaya gedəndə iki şey aparırıq - lənət və rəhmət. Çalışdığımız qədər lənət deyil rəhmət aparaq. Düzdü, bir çox insanlar rəhməti düşünmürlər. Onlar elə düşünürlər ki, nə varsa elə budur. Amma ən əsas bildiyimiz bura yox elə o dünyadır".

Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.