Şou-biznes

Meyxanaçı Kərimdən yeni xəbər: "Vəziyyəti heç yaxşı deyil" - FOTO

3 Oktyabr 2024 16:36
Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kərimin vəziyyəti heç yaxşı deyil. Eləcə quru nəfəsi gedib- gəlir".

Milli.Az bildirir ki, bunu lent.az-a meyxanaçı Kərimin dostu Ağamirzə deyib.

"Hərdən bir nəsə çıxır ağzından. Onu da ancaq ailəsi başa düşür. Heç kimi tanımır. Bu yaxınlarda getmişdim yanına. Heç gəldiyimi hiss etmədi.

Nə deyim, Allah köməyi olsun, yataq xəstəsi olmaq ağır dərddir. Xəstəyə baxana da zülmdü, xəstənin özünə də. Dərmansız dərddir Kəriminki", - o əlavə edib.

60 yaşlı  Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən meyxanaçı paralel olaraq şəkər və təzyiq xəstəsidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.