Şou-biznes

Dünya İsveçrə gözəlinin qətlindən danışır

16 Sentyabr 2024 07:28
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə dünyada 38 yaşlı "Miss İsveçrə" finalçısı Kristina Yoksimoviçin əri, 41 yaşlı Tomas tərəfindən qətlə yetirilməsi müzakirə olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kristinanın faciləi şəkldə ölməsi cəsədinin qalıqları fevralda İsveçrənin Bazel şəhəri yaxınlığında tapılmasından sonra məlum olub.

Bu barədə "The New York Post" yazıb. Hadisədən sonra polis işdə şübhəli bilinən Toması saxlayıb.

Əvvəlcə fevralda o, arvadını artıq ölü tapdığını və camaşırxanada onun cəsədinin parçalandığını deyib. Daha sonra, martda o, qətli etiraf edib, lakin özünümüdafiə üçün hərəkət etdiyini təkid edib. Onun sözlərinə görə, Yoksimoviç ona bıçaqla hücum edib. Lakin tibbi ekspertlər heç bir müdafiə izi tapmayıb və modelin boğulma nəticəsində öldüyü qənaətinə gəliblər.

Yarılmanın rəyinə görə, qurbanın cəsədi dekupaj, bıçaq və bağ qayçısı ilə parçalanıb. Daha sonra onun bədəninin bir neçə hissəsi immersion blenderdə əzilmiş və kimyəvi maddədə həll edilib.

Daha sonra prokurorluq Tomasın həyat yoldaşına qarşı dəfələrlə fiziki zorakılıq tətbiq etməsi faktını açıqlayıb. Cütlüyün dostlarından biri bildirib ki, kişi bir dəfə Kristinanın boynundan tutub başını divara çırpıb. Məhkəmədə Tomasın ruhi xəstə olduğu bildirilib.

Qeyd edək ki, Kristina Yoksimoviç 2003-cü ildə "Miss Şimal-Qərb İsveçrə" müsabiqəsinin qalibi seçilib. 2007-ci ildə isə "Miss İsveçrə" müsabiqəsinin finalçısı olub. O, həmçinin model olmaq istəyən modellər üçün kouçinq və konsaltinq agentliyi təsis edib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.