“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Babam sağ olsaydı heç vaxt müğənni olmağımı istəməzdi. Amma anam istəyirdi ki, babamın sənətini davam etdirim. Uşaq vaxtı kimsə muğam oxuyanda iməkləyə-iməkləyə gedib televizorun qabağında dayanıb baxırmışam. Babam anama deyib ki, bunun çox gözəl musiqi duyumu olacaq. 1993-cü ildə 1 yaş yarımlıq idim. Babamın xəstə illərinə düşmüşəm. Mən də çox ağlağan uşaq idim. Babam deyirmiş ki, məni öldürsə bu uşağın səsi öldürəcək. Hətta babam dünyasını dəyişəndən sonra mənə sual verirdilər ki, babanı kim öldürüb? O vaxt artıq ağlım kəsirdi. Deyirdim ki, babanı mən öldürmüşəm"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra əlavə edib.
"Çox təəssüf ki, babamın yolunu sonadək davam etdirmədim. Məni çox həvəsdən saldılar. İncəsənəti başqa cür təsəvvür edirdim. Adı kimi incə sənət olduğunu düşünürdüm. Amma sənətin içinə girdikdə gördüm yox, heç də düşündüyüm qədər incə deyil. Hətta üzümə dedilər ki, bilsələr ki, Hacıbabanın nəvəsisən, səni qabağa getməyə qoymayacaqlar. Amma mən elə bilirdim ki, Hacıbaba Hüseynovun nəvəsi olmaq yaşıl işıqdır. Onu özünə rəqib bilənlər, sənətini gözü götürməyənlər çox idi. Gələcəkdə mənə də mane olacaqdılar" deyə nəvəsi bildirib.
Nəvəsi Hacıbaba Hüseynovun vəsiyyətindən, arzularından da danışıb.
"Babamın evdə 300-dən artıq oxunmamış qəzəli var. Onların kitab halına salınması söhbəti var idi. Babam rəhmətə gedəndə anama iki şeyi vəsiyyət edib. Bir qavalı. Bugünki gündə bizdə qalır. Vəsiyyət edib ki, birdən muzeydən istəyərlər, verməyin. Bir də deyib ki, qəzəllərimi Rafael Hüseynov istəsə verin kitabımı çıxartsın. Biz istəyərdik ki, həmin kitab işıq üzü görsün. Oxunmayan həmin qəzəllər o kitabda çap edilsin. Qəzəllər artıq babam rəhmətə gedəndən Rafael müəllimdədir. Bizim cavanlarımız da bundan bəhrələnər. Gənc xanəndələr var ki, bu gün məndən o qəzəlləri istəyirlər. Kitab çıxmadığı üçün verə bilmirik" deyə sənətkarın nəvəsi deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər





