Şou-biznes

“Nə gizlədim, qorxuram”

17 Avqust 2024 23:51
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni retro mahnıları səsləndirməsindən danışıb. O bildirib ki, bu tip mahnıları oxuyarkən narahat olur:

"Əsl sənətin, musiqinin yaşı olmur. "Köhnə" yox, retro desəniz, yerinə düşər. Sevə-sevə oxuyuram. Bununla yanaşı nə gizlədim, həm də qorxuram. Ya ilk ifaçının yaratdığı təəssüratı korlayaram deyə".

Fanatlarından şikayətlənən Məmmədova "Getdiyiniz yerləri paylaşın sizi gəlib görək" sözlərinə "Mümkünsüz... Çox vaxt rahatsızlıq gətirdiyinə görə  konsertlərdən başqa heç bir gedəcəyim yeri bildirmirəm. Kaş ki, bütün fanatlar adekvat olsa" reaksiyasını verib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.