Aydandan anası ilə bağlı paylaşım - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Aydan Axundzadə anası ilə bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa valideyninin fotosunu izləyiciləri ilə bölüşərək onun doğum günü olduğunu bildirib:
"Avqustun 11-i anamın doğum günü idi. İnstaqramda yaşadığım problemdən dolayı paylaşmağım mümkün olmadı.
Məni bu dünyaya gətirdiyi, maddi və mənəvi çətinliklərə baxmadan mənə hər şeyin ən yaxşısını verdiyi, həyatda mübariz olmağı öyrətdiyi, yolumda verdiyi qurbanlar və daha nələr-nələr üçün... saymaqla bitməz. Bir sözlə, anam olduğu üçün bütün dünyalarda ona təşəkkürlə baş əyirəm. Təsəvvür belə edəməyəcəyim qədər ağır həyat yolu olan bu qadının qarşısında nədənsə şikayətlənməyə, nəyəsə "of" deməyə utanıram, çünki öz çəkdiyi əzablara göz yumub, mənim xırda-para dərdlərimə sipər olub. İtirəcək heç nəyi qalmadığı halda belə "İlahi, şükür" deyən insandır mənim anam. Üstünə davayla gələn insana dostu kimi qucaq açan, duz-çörəklə, şirin dillə yola salan insandır. Bir tumarla, bir xoş sözlə, bir təbəssümlə qasırğanı yatırandı mənim anam.
Yaxşı ki, varsan, gözəl gözlüm. Sən sağlam yaşa. Həmişə yaşa ki, mən hər anımda qarşında qıvrılıb, başımı dizinə qoyub, uşaqtəki qayğısız qalım. Səni çox sevirəm, Anam!".
Qeyd edək ki, Aydan Əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahimlə ailəlidir. Cütlüyün bir qızı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Ülviyyə Əliyevaya ağır itki
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
XƏBƏR LENTİ
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq





