Şou-biznes

Zenfiraya qarşı dələduzluq

17 İyun 2024 09:49
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zenfira İbrahimobaya qarşı dələduzluq edilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda öz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bir nəfər müğənnilərə zəng edib onları toya çağırır və kartlarından pul çəkir:

"Diqqət! Əziz sənət yoldaşlarım, şəkildə gördüyünüz nömrə, pasport fırıldaqçıdır. Qətiyyən aldanmayın.  Qızına toy etmək bəhanəsi ilə hamıya zəng vurub, özünü Hacı Ramin kimi təqdim edir. Beh göndərmək adı ilə kart istəyir və kartdan pul çəkir. Atdığı kartlara da deyir pul atın, məndən pul getmir, sizə beh atım öz pulunuzu götürərsiniz".

Zenfira məsələ ilə bağlı polisə müraciət edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.