Şou-biznes

Dünya ulduzunun oğlu anasını döyməkdə ittiham olunur - FOTO

6 May 2024 19:01
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor Nikolas Keycin 33 yaşlı aktyor oğlu Ueston Keyc anası Kristina Fultona hücum etməkdə ittiham olunur. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 56 yaşlı aktrisanı üzündə zorakılıq əlamətləri ilə görüblər. Onun gözünün altında böyük qançır, üzündə isə cızıqlar olub. 

Ehtimal edilir ki, insident Kristina Fultonun evində baş verib. Belə ki, ana-oğul mübahisəsi dava ilə sonlanıb. 

Ueston Keyci həbs etmək mümkün olmayıb. Polis gələnədək o, hadisə yerindən qaçıb. 

Nəşrin məlumatına görə, Kristina Fulton oğlunun ünvanına olan ittihamları qəbul etmir və konfidensiallıq tələb edir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.