Şou-biznes

Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ

23 Aprel 2024 15:14
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Castin Biberin yaxın dostu, Trippie Redd ilə işbirliyi ilə tanınan reper Kris Kinq 33 yaşında Neşvilldə öldürülüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, məşhur reper odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Neşvill polisinin verdiyi məlumata görə, 33 yaşlı reper "Hayes Street" otelinin dayanacağında yaralı halda tapılıb. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Kinqin keçmiş otaq yoldaşı müğənni Castin Biber instaqramda "Səni sevirəm, qardaş. Cənnətdə görüşənədək" yazıb.

Qeyd edək ki, Kinq 10 illik rep karyerası ərzində bir çox albom buraxıb. O, sonuncu dəfə aprelin 8-də "Seeing Double Seeing Double" albomunu buraxıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.