Şou-biznes

Azərbaycanın səslərini Aysel açıqlayacaq

17 Aprel 2024 12:59
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Ayseli görəcəklər.

Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. Azərbaycanı "Avroviziya-2024" mahnı müsabiqəsində "Özünlə apar" mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

Aysel Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində Araşla birlikdə təmsil etmiş və 207 xalla 3-cü yeri tutmuşdur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.