Şou-biznes

"Bir mahnı ilə özümə "Porsche" aldım"

10 Aprel 2024 19:52
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, illər əvvəl müğənni Xatirə İslam ilə oxuduğu mahnıdan 58 min manat qazandığını açıqlayıb. Bu barədə Əkbər "Elgizlə izlə" verilişində danışıb.

"Baxmayaraq ki, mən müğənni deyiləm, mən də müğənnilikdən qazanmışam. O vaxt mən Xatirə (red. - müğənni Xatirə İslam) ilə mahnı oxumuşdum. O mahnı necə məşhur oldusa, məni müğənni olmaya-olmaya toylara dəvət edirdilər. Xatirə aparırdı, hərdən özüm tək gedirdim. O vaxt maşınım çox zəif idi. O mahnıdan mən bir dənə qəşəng "Porsche" aldım. Bir mahnı ilə 58 min manat qazanmışdım. 2-3 dənə mahnı da oxudum, amma onlar tutmadı. Sonra daha oxumadım", - deyə, o, söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.