Restorana getdim, xəngəl bişirən qadın dedi ki, sağ qalmağınız üçün... - Həmid Herisçi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış yazıçı-publisist Həmid Herisçi Teleqraf.com-un saullarını cavablandırıb.
Milli.Az həmin müsahibəni təqdim edir:
- Həmid müəllim, yaxın günlərdə xəstəxanadan evə buraxıldınız. Ötən gün keçirilən növbədənkənar prezident seçkilərində də iştirak etdiniz. Hazırda səhhətiniz necədir?
- Prezident seçkilərində mütləq iştirak etməli və səs verməli idik. Xəstəliyin çətin dövrünü geridə qoysaq da, yenə də yataqdayam. Amma seçki sözü gələndə sandıq başına getdim. Sözsüz ki, öz səsvermə hüququmdan istifadə etdim. Həmişə seçimimi bir nəfər üçün etmişəm, heç vaxt da bunu ağartmamışam. Amma bu dəfə deyəsən deyəcəm. Çünki sözdə prezidentin portretini çəkən insanam. Bir var səsvermə ilə seçəsən, bir də var ki, sözünlə, mövzunla onu seçəsən, portretini yaradasan. Çox sevinirəm ki, seçki günlərində nəinki prezidentin portretini çəkə bildim, seçki məntəqəsinə getdim, öz səsimi verdim.
- Qızılca xəstəliyini ağır formada keçirdiniz, hazırda bərpa prosesi necə gedir?
- Əlbəttə ki, insan dirçəlmək istəyir. Nəzərə alın ki, boynumda çox ciddi işlər var. Bunlardan biri Azərbaycan-İran, yaxud da Təbriz-Bakı ədəbi saytımı yaratmaqdır. Bəlkə də Allah ona görə məni ölməyə qoymadı. Görünür, məndən başqa o saytı heç kimə həvalə etmək istəmir. Bilirsiniz ki, o tayla bu tay arasında əlaqə yenidən kəsilib, Şah dövründəki kimi... Araz yenə də həsrət çayına çevrilib. Şuşanın qapısını açdıq, ancaq Təbrizin qapısını qara külək çırparaq bağladı. Gərək bu qapıları da özüm açım.
- Ev şəraitində müalicəniz davam edirmi?
- Bəli, ev şəraitində müalicəm davam edir. Həyat yoldaşım İlhamiyyə xanımın anası da xəstələnib. Xüsusən İlhamiyyə xanıma ürəyim yanır ki, anasına da, babasına da, mənə də qulluq edir.
- Bu müddət ərzində özünüzü necə qoruyursunuz?
- Uzanmaq, yataq xəstəsinə çevrilmək yox, fəal olmaq lazımdır. Əksinə, səhər yuxudan oyanıb, çölə çıxdım, gəzdim. Çox tez zəifləyirəm, halsızam. İndi ümidimi xəngələ bağlamışam (gülür). Çox maraqlıdır ki, bir xəngəlxana var, oraya getdim və xəngəl bişirən qadın dedi, mən o qədər dua etdim ki, siz sağ qalasınız. Dedim, gərək xəngəl bişirəsən ki, sağ qalım. Təsəvvür edin ki, məni tanımayan adam, restoranda yemək bişirən qadın məni görüb sevindi, əvvəl dua edirmiş, indi xəngəl bişirir. Bu gün xəngəli aldım, evə gətirdim.
- Mütaliə edə bilirsinizmi? Deyəsən, xəstəlikdən sonra gözünüzdə problem yaranıb.
- Bəli, xəstəliklə əlaqədar görmə qabiliyyətim zəifləyib. İnşallah düzələr. Həkimlər bildirdilər ki, gözlərimdə yaranan problem aradan qalxacaq. Hazırda o qədər də çox mütaliə edə bilmirəm.
- Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiniz, toparlananda hansı hissləri keçirdiniz, nələrə ümid etdiniz?..
- Tək mən deyil, bu xəstəliyə yoluxanların çoxu mənim vəziyyətimə düşür. Payız fəslində "yaprak tökümü" deyirlər... 2024-cü il çoxlarını alıb apardı. Bu xəstəlik çox ağır formada keçir. Mən Məhəmmədli Modul Tipli Xəstəxanasına yerləşdirilmişdim. Hərbi hospitalı xatırladırdı, sanki müharibədə yaralanandan sonra gətirilmisən. Bir an özümü halsız halımda Qarabağ qaziləri ilə müqayisə elədim. Yenə də düşünürdüm ki, onların yaraları, ağrıları məndən dəfələrlə ağır olub. Səməd Vurğunun müharibə dövründə yazdığı bir şeir tez-tez yadıma düşürdü. O şeiri özümə aid etdim və çalışardım ki, o şeirin davamını özüm yazım. Eyni zamanda bir çox hekayələri beynimdən keçirdim. Təbrizə qayıtdım, Təbrizə səyahət etdim. Sağalan kimi Təbrizə getməyi düşünürəm. Bir az özümü toparlayan kimi gedəcəm. Çünki bu, mənim üçün vacibdir. Bir ara qorxdum ki, nələrsə yarımçıq qala bilər. Mənim ev məsələm var, vərəsəyəm. Yəni ki, mülklə əlaqədar məhkəmə işlərim var. Bunun üçün mənə elə gəlir ki, düzələn kimi Təbrizə gedim və orada bir az Təbrizin havası alım. Düzdür, ölümdən qayıtmışam, amma bir o qədər də sağlam deyiləm. Özümü bir az güclü hiss etsəm, Təbrizə gedəcəm. Mənim məqsədim yalnız şəxsi məsələlər deyil. Ədəbi sayt yaratmaq istəyirəm.
- Necə bir sayt?
- Mənə elə gəlir ki, həm Azərbaycanın, həm də İranın rəsmi qurumları ilə danışacam. Ölkələrimiz arasında ədəbi əlaqələr olmalıdır. Yəni siyasi əlaqələr olmaya, xalqlar arasında diplomatik münasibətlər aşağı da düşə, səfirliklər bağlana da bilər. Ürəklər bağlanmamalıdır, ədəbi sayt işləməlidir. Fikrim var ki, istər Azərbaycanda, istər də İranda rəsmi qurumlarla danışıqlar aparım, ədəbi həyatın nəbzi vursun, ölməsin. Biz ölə bilərik. Azərbaycanda fəaliyyət göstərən o yazıçıda ki, Güney mövzusu yoxdur, o çox natamamdır. Düşünürəm ki, Təbriz mövzusu olmayan yazıçı zəifdir. Bəlkə də Azərbaycanda Təbrizlə Bakını bağlayan yeganə insanam. Vaxt var idi ki, belə adamlar çox idi. İndi yalnız Həmid Herisçidir. Güney Azərbaycanın mədəni-siyasi elitası düşünməlidir ki, Həmid Herisçi kimi seçkin adamlar var. Və onların boynuna çox böyük vəzifə qoyulub ki, ölkələrarası münasibətləri səhmana salınmasına dəstək olsunlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





