Ceyhun Bayramov Quterreşə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini bildirib. Xüsusilə, ölkəmizdə cari ilin 17-22 may tarixlərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurla keçirilməsi məmnunluqla qeyd olunub.
Bununla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə strateji əlaqələri, nəqliyyat və kommunikasiya sahəsində rolu vurğulanıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad-quruculuğu tədbirləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





