Şou-biznes

Dilan Polat xəstəxanaya yerləşdirildi

31 Dekabr 2023 13:17
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polat Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildən bəri antidepresan dərman istifadə etdiyi öyrənilən Dilanın dərmanı bitdiyi üçün cümə günü xəstəxanaya yerləşdirildiyi bildirilib.

Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb.

Xatırladaq ki, Türkiyədə son zamanlar sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.