Şou-biznes

“Çukur”un aktyoru Bakıya gəlir - FOTO

13 Noyabr 2023 12:26
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur aktyor Ercan Kesal Bakıya gəlir.

Milli.Az bildirir ki, bu haqda Yunus Emre İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç məlumat verib. O,  Ercan Kesalın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcəyini vuğurlayıb: "Ercan Kesal Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Bakıya gəlir. Noyabrın 14-də saat 11:00-da  sərgidə Yunus Emre İnstitutunun stendində kitablarını imzalayacaq və  "Cebimdeki Ekmek Kırıntıları" adlı mövzuda çıxış edəcək. O, "Peri Gazozu", "Velhasıl",

"Hekimlik Sanatları",  "Evvel zaman", "Cin aynası" və s. kitablarının müəllifidir.

Bununla yanaşı Ercan Kesal keçmiş həkim kimi Tibb Universitetində "Hekimlik sanatı" mövzusunda tələbələrlə görüşəcək, təcrübə və hekayələrini   bölüşəcək".

Qeyd edək ki, Ercan Kesal aktyor olmaqla yanaşı ssenari müəllifi və yazıçıdır. O, "Çukur" serialında İdris Koçovalı obrazı ilə daha çox məşhurlaşıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.