"Cəzamı həbsxanada oxuya-oxuya çəkdim. Məhkəməyə gedəndə də, o maşında, zala çıxana qədər oxuyurdum, qayıdanda da elə".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Fədayə Laçın qonaq olduğu "7 tamam" verilişində deyib.
Sənətçi həbsxanda keçirdiyi günlərini yada salıb:
"Həbsxanada yorğanımın altında ağlayırdım. Hamı yatanda, xəlvət... Amma ağlamaq istəyəndə mahnı oxuyub sakitləşmişəm. Oradakılar ağlaşıblar, məndə oxumuşam. Həbsdə beş il qalmalı idim, amma elə oldu ki, iki ildən sonra azadlığa çıxıb, səhnələrə qovuşdum".
Qeyd edək ki, müğənni 2017-ci ildə həbs edilib. Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun