Şou-biznes

“Deyirlər ki, tamaşaçılara pul verib zorla...” – VİDEO

10 Noyabr 2023 11:05
Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Elgiz Əkbər sosial şəbəkələrdə yayılan "Elgiz verilişinə gələn tamaşaçılara 4 manat pul verir" məsələsinə aydınlıq gətirib.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə danışıb.  

"Bu verilişə gələn tamaşaçılar adi insanlardır. Onların əksəriyyəti dövlətdən müavinət alan şəxslərdir. Onlar daha çox ikinci növbədə ali təhsil alan az təminatlı tələbələrdir. Mən onlara qıymıram ki, öz büdcələrindən pul alıb, gəlib bu verilişdə otursunlar. Bu bütün dünyada belədir.

Əgər kanalımız insanlara əziyyət çəkməsin, ziyan olmasın deyə pul verirsə, burada nə qəbahət var ki?  

Bizim verilişimiz səhər saatlarında başlayır, tələbələr isə ikinci növbədə oxuduqları üçün gəlirlər, proqramda otururlar. Onlar burada həm də maariflənirlər... Xüsusi ilə də Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələridir. Mən özüm də tələbə olmuşam.
Biz hamımız tələbə olmuşuq. Bir tələbəyə əgər yol pulu verirəmsə, əgər bunu kanal öz büdcəsinindən edirsə, bu çox gözəl işdir. Sosial şəbəkələrdə belə xəbərlər yazanlar siz mövzu tapmırsınız yazmağa və ya müzakirə etməyə? Ayıb deyil? Yazırlar ki, tamaşaçılara pul verib zorla verilişdə otuzdururlar. Ayıb olsun sizə!", - deyə Elgiz vurğulayıb.   

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.