Şou-biznes

Məşhur xanəndələr İsa bulağının önündə mahnı oxudular - VİDEO

9 Noyabr 2023 11:58
Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Məmmədova və Əməkdar artist Təyyar Bayramov Zəfər Günü ilə bağlı növbəti dəfə Şuşaya yollanıblar. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətkarlar Şuşada yerləşən göz yaşı kimi şəffaf və buz kimi soyuq İsa bulağının önündə duraraq "İsa bulağı" adlı xalq mahnısını birlikdə ifa ediblər. 

Həmin anları isə M.İbrahimov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 
Qeyd edək ki, İsa bulağı Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulağın olduğu yer Şuşa şəhərindən o qədər də uzaq olmayan məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox gözəl mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Suyu buz kimi soyuq, faydalı, eləcə də büllur kimi dumdurudur. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.