Şou-biznes

"Onu çox incitmişəm, əziyyət vermişəm, peşmanam"

5 Noyabr 2023 03:15
Baxış: 1 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Anamın yasında elə adam var idi ki, ilk gələn oldu. Birinci sırada oturmuşdu. Amma bilirəm ki, məni sevmir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Günaydın, Azərbaycan" proqramında deyib. Anasının vəfatından danışan müğənni kövrəlib. 

Elton həyat yoldaşı, onun prodüseri kimi çalışan Tamilla Hüseynəliyevadan danışıb: 

"Tomanı çox incitmişəm, əziyyət vermişəm. Peşmanam, amma bu fayda verməz. Allahdan arzum budur ki, sağ ikən onun halallığını qazanım. Nə etsəm də, onun razılığını qazana bilmərəm. O olmasaydı indi olmazdım. Səhvimdə də yanımda oldu. Mənə hörmət edir. Yaxşı ki, varsan. Tamilladan başqa mənə heç kim tab gətirə bilməzdi".

Qeyd edək ki, Elton və Tamilla cütlüyünün iki qız övladı var. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.