Şou-biznes

Əminə ilə Səidə arasında QALMAQAL: "Alıb arvad edən sağolsun"

2 Noyabr 2023 00:15
Baxış: 2 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Allah bütün xanımları xoşbəxt etsin. Küsülü olsan da belə, təbrik etmək, iştirak etmək, kin-küdurətdən uzaq olmaq gözəldir. Amma mən bir yerə gedirəmsə, səmimi, cani könüldən iştirak edirəm. Getmirəmsə, deməli mənim yerim deyil". 

Milli.Az News24.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin həmkarı Səidə Sultanla bağlı "Xəbərin var?" verilişində deyib. O, bir müddət öncə baş tutan S.Sulatnın toyuna dəvət olunmadığını açıqlayıb: "Qadına yaraşmayan səhvi də olsa, alıb arvad edən sağolsun. Düzdür, heç məni dəvət də etməmişdi. Nə yaxşı da etməyib. Bu haqda çox danışmaq istəmirəm. Çünki insan birinin valideynlərinə, ailə üzvlərinə toxunursa, o şəxs ailənin nə dərəcə müqəddəs olduğunu heç vaxt bilməz. Allah gözəl, tərbiyəli övladlar qismət eləsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.