Şou-biznes

Xəstəxanaya düşən Fatimənin vəziyyəti açıqlandı

1 Noyabr 2023 15:27
Baxış: 1 700
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəqqasə Fatimə Fətəliyevanın vəziyyəti yaxşıdır.

Milli.Az bildirir ki, bu barədə oxu.az-a Fatimə Fətəliyevanın köməkçisi məlumat verib.

O, qeyd edib ki, hazırda hər şey qaydasındadır:

"Fatimə xanım artıq özünü çox yaxşı hiss edir. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bəli, o, göbələkdən zəhərlənmişdi. Lakin qidanı hər hansı bir restoranda yox, evdə qəbul etmişdi. Xəstəxanadan buraxılıb. Artıq öz işinin başındadır. Özünü daha yaxşı hiss edir".

Xatırladaq ki, Fatimə Fətəliyevanın ötən gün səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb - onun zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.