Şou-biznes

Qızından danışan Kamil Zeynallı efirdə AĞLADI - VİDEO

1 Noyabr 2023 09:48
Baxış: 27 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur fitnes məşqçisi Kamil Zeynallı efirdə göz yaşlarına qərq olub

Milli.Az bizim.media-ya istinadən bildirir ki, buna səbəb Kamilin qızı Sahilə ilə bağlı dilə gətirdiyi arzular olub. 

Kamil bildirib ki, yarışa qatılanda övladından icazə alıb: 

"Allah heç bir övladı atasız böyütməsin. Mən bu həyatda övladım Sahiləyə görə, yaşayıram. Bütün uğurlarım, hər bir şey övladıma görədir. Allah heç bir övladı qarşısında başı aşağa etməsin. Verilişə gələndə də qızım

Sahilə ilə danışdım. Dedim ki, verilişə çıxacağam. Cavab verdi ki, ata, uğurlar.

Yarışa çıxanda da qızımdan icazə almışdım. 11 yaşı var, amma yenə də ondan icazə almışdım. Hətta yarışda qalib seçiləndə də gözüm zalda onun axtarırdı. Onun sevincini gördüm. Özümü zorla sıxdım, saxladım. Qələbə çaldığımda qızım anamla zalda idilər. Sahilə ən yaxın dostum, sirdaşımdır. Allah onu mənə, məni də ona çox görməsin. Allah onun toyunu anama qismət eləsin". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.