Şou-biznes

Ülviraya əsəbiləşən Nura canlı efirdən getdi - VİDEO

1 Noyabr 2023 10:51
Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB" televiziyasında yayımlanan "Günə son" ictimai-sosial verilişinin canlı efirində gərgin dolu anlar yaşanıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sözügedən verilişdə qonaq olan müğənni Nura Suri aparıcı Ülvira Qarayevaya əsəbiləşdiyi üçün studiyanı tərk edib.  

Nuranın bu addımı atmağa vadar edən səbəb isə dəvət olunan qonaqlara danışmağa macal verməməsi olub: 

"Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini deməyəcək, eyni hamının bildiyi mövzü ətrafında söhbət olacaq, bu verilişə gəlməzdim. İmkan vermirsiniz ki, insanlar danışsın!" 

Müğənnin bu sözlərindən sonra isə aparıcı Ülvira Qarayeva "İmkan verə bilərik ki, mahnı oxuyasan" ifadəsini dilə gətirib. Nura isə "Yox, oxumaq istəmirəm. Getmək istəyirəm. Mən özümü doğurdan da narahat hiss edirəm. Danışdığımız söhbətin heç bir mənası yoxdur" cavabını verib. 

Bundan sonra isə Nura ayağa qalxaraq yaxasında olan mikrofonu çıxardıb və efiri tərk edib. 

Verilişin canlı efirində yayımlanan həmin anları sizə təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.