Şou-biznes

Məşhur müğənni qadınlardan QORXUR: Küçəyə çıxmır

29 Oktyabr 2023 18:38
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk musiqisinin ulduzlarından biri, bəstəkar müğənni Selami Şahin xanımı Didem Şahin olmadan küçəyə çıxmaqdan qorxduğunu etiraf edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Selami Şahin 1985-ci ildə evləndiyi xanımı ilə 2015-ci ildə, yəni evliliklərinin 30-cu ilində yenidən evlənib, daha doğrusu, nikah təzələyib.

Bir neçə ay öncə Selami Şahinin küçədə qadın fanatları ilə çəkilən şəkilləri onun haqqında xoş olmayan şaiyələrin yayılmasına səbəb olmuşdu. Qəzetlər Selami Şahinin tez-tez fanatlarını ofisinə çağırıb, onlarla əxlaqsız davranışlar etdiyini yazmışdılar. Bu söz-söhbətlərə cavab olaraq onun xanımı bildirmişdi: "Selami istəyərsə, bir günlük eşq macəraları ola bilər. Buna susaram".

Selami Şahin isə deyilənlərin iftira olduğunu vurğulayaraq, bir daha heç bir qadın pərəstişkarı ilə şəkil çəkdirməyəcəyini söyləyib.

O xanımı olmadan artıq küçəyə çıxmağa qorxduğunu, bunun səbəbinin də qadınlar olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.