Şou-biznes

Coli ilə Halukun filmindən ilk görüntülər yayıldı

28 Oktyabr 2023 22:30
Baxış: 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Ancelina Coli ilə türkiyəli aktyor Haluk Bilginerin baş rolunu paylaşdığı "Maria" filminin çəkilişləri başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin çəkiliş meydançasından ilk görüntülər yayılıb. 

Haluk yunan əsilli amerikalı soprano Maria Kallasın həyatından bəhs edən filmdə Colinin tərəf müqabili olub. 

Ekran işinin çəkilişləri 8 həftə davam edəcək. Çəkilişlər Paris, Yunanıstan, Budapeşt və Milanda aparılacaq. Bilginer filmdə yunan əsilli iş adamı Aristotle Onassisi oynayacaq.

Filmin ssenarisini Steven Knayt yazıb. Ssenaridə Marianın 1970-ci illərin sonunda Parisdə tənha yaşaması yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.