İngiltərənin "The Beatles" rok qrupunun son mahnısı tezliklə işıq üzü görəcək.
Milli.Az oxu.az-a istinadən bildirir ki, qrupun rəsmi saytında bildirilir ki, "Now and then" adlanan bəstə noyabrın 2-də London vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 18:00-da) yayım platformalarında səslənəcək.
Mahnını 1970-ci illərdə Con Lennon yazıb və ifa edib. Təxminən əlli il sonra qrupun hazırda yaşayan iki üzvü - Pol Makkartni və Rinqo Starr musiqi parçasına yeni nəfəs verib.
Kifayət qədər keyfiyyətsiz bir kasetdə yazılmış mahnı əslində süni intellektdən istifadə edilərək yenidən bərpa olunub.
Milli.Az