Şou-biznes

Cici Hadid yeni sevgilisi ilə görüntüləndi – FOTOlar

22 Oktyabr 2023 03:15
Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 yaşlı supermodel Cici Hadid və 48 yaşlı Hollivud ulduzu Bredli Kuper cümə günü Nyu-Yorkda leysan yağışın altında gəzərkən paparasilərin obyektivinə tuş gəliblər.    

Milli.Az bizim.media-ya istinadən bildriir ki,  cütlüyün fotolarını Britaniyanın "Daily Mail" nəşri dərc edib.

Şayiələrə görə, Bredli Fələstinə dəstək yazısına görə təhqirə məruz qalan yeni sevgilisini bu addımına görə dəstəkləyib.  

Qeyd edək ki, Cici daha əvvəl Bredli Kuperin 20 illik dostu Leonardo Di Kaprio ilə münasibətdə olub. Model və aktyor Leonun valideynləri ilə tez-tez birlikdə görüntüləniblər.  

Bredli Kuperin isə İrina Şeykdən altı yaşlı qızı var. Bredli və İrina 2015-ci ildə görüşməyə başlayıblar, iki il sonra isə ayrılıblar. Lakin keçmiş cütlük dostluq münasibətlərini qoruya biliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.