Şou-biznes

Şəbnəm Tovuzlu: “İkinci qayınanamla danışmıram”

20 Oktyabr 2023 09:51
Baxış: 3 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qızım Günelin atasının anası, yəni qayınanam Tairə xanım, hər şeyi ondan öyrənmişəm. Onun əllərindən öpürəm. O çox qoçaq, mehriban, gözəl xanımdır. Çox şeyi ondan öyrənmişəm. Əlbəttə ki, onun kimi gözəl qayınana ola bilərəm, olacağam da. Tairə xanımı çox istəyirəm. Onunla çox yaxşı münasibətim var". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "7 tamam" axşam şousunda deyib. 

Sənətçi ikinci qayınanası ilə danışmadığını etiraf edib: 

"İkinci qayınanamla (oğlu Əlinin atası Həcinin anası - red.) münasibətlərim belə də... Nə yaxşıdır, nə də ki pis... Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq...". 
Qeyd edək ki, Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.