Şou-biznes

Türkiyəli məşhurla ərinin əmlakları müsadirə olundu - FOTOlar

15 Oktyabr 2023 01:20
Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polatın var-dövləti müsadirə edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub.

Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.

Qeyd edək ki, cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

Dilan Polat tez-tez lüks həyat tərzi və həyat yoldaşının bahalı hədiyyələri ilə gündəmə gəlir. Bir müddət əvvəl D. Polat iş ortağı olan əri Engin Polatla birlikdə dostlarının, eyni zamanda işçisinin toyuna zibil torbası ilə dolu pulla qatılmışdı. Həmin məclisdən bir neçə gün öncə isə həyat yoldaşının ad günü üçün hazırlatdığı 60 min TL-lik (4320 AZN) tortla da gündəmə gəlmişdi.

Onun sonuncu dəfə qatıldığı "Müge ve Gülşenle 2.Sayfa" proqramında qızıl tozu qatdığı qəhvəni içməsi, eləcə də gün ərzində ticarət mərkəzində 750 min TL xərclədiyini açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bunun ardınca Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) hərəkətə keçib. Qurumun hesabatında ikiliyə məxsus şirkətlər arasında şübhəli münasibətlərin olması və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışmaqları qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.