Şou-biznes

İsraildən qayıdan Samirə Əfəndidən tükürpədən açıqlamalar - "Ömrümün sonuna kimi..."

9 Oktyabr 2023 20:45
Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox şükür artıq Vətənimizdəyik. Yəqin ki, orada keçirdiyimiz həyəcan uzun müddət canımızdan çıxmayacaq".

Axşam.az xəbər verir ki, bunu İsraildən qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib. Müğənninin Təl-Əvivdə olan zaman diaspor və səfirlik nümayəndələrinin mütəmadi olaraq onlarla əlaqə saxladığını bildirib:

"Hadisə baş verən gün səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində otelin zirzəmisinə düşməyimiz bildirildi. Azərbaycanın diaspor və səfirlik nümayəndələri bizimlə mütəmadi olaraq əlaqə saxlayırdı, maraqlanırdı, hoteli tərk etməməyimiz deyilirdi. Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Samirə Tel-Əvivdə keçirilən festivala qatılıb və orada səhnə alıb. Sənətçi bir neçə gün sığınacaqda qalıb və uçuşunun ləğv olunduğunu söyləyib. Anası, xalası və köməkçisi də ifaçı ilə birlikdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.