Şou-biznes

Keçmiş sevgilisi İlon Maskı məhkəməyə verdi

4 Oktyabr 2023 09:33
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milyarder İlon Maskın keçmiş müğənni sevgilisi Qrayms uşaqların qəyyumluğu ilə bağlı problemlərə görə İlon Maskı məhkəməyə verir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb.

Bildirilir ki, müğənni sənədləri sentyabrın 29-da Kaliforniya məhkəməsinə verib. Müraciət uşağın qanuni valideynlərinin nikahda olmadığı halda məhkəmə tərəfindən müəyyən edilməsinə yönəlib.

Qrayms alimentlə bağlı isə hələlik məhkəməyə müraciət etməyib.

Qeyd edək ki, cütlüyün 3, milyarderin isə ümumilikdə on övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.