Şou-biznes

Murad Arifdən tənqidlərə cavab: "Restoranlara təkcə biz getmirik..."

1 Oktyabr 2023 14:53
Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən də ailəniz, dostlarınız və digər peşə sahibləri kimi işləməyə, tədbirlərə ev sahibliyi etməyə, verilişlərimi, müsahibələrimi lentə almağa davam edirəm. Nəzərinizə çatdırım ki, mən qazilərimizin, şəhid övladlarımızın tədbirlərində daimi və təmənnasız çıxış edən sənətçiyəm".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif deyib.

O, sənət adamlarının cəbhədə yaşanan hadisələr səbəbindən toy və şənliklərdən imtina etməməsini qınayanlara cavab verib:

"Silahlı qüvvələrin fonduna 600 min manatdan çox pul yığdım. Yəni fəaliyyətimin əhatə dairəsi bizim Vətənə bağlılığımıza təsir etmir. Əksinə, populyarlığımızdan və izləyicilərimizdən istifadə edərək bu qədər insana kömək edirik. Səhnədə çıxış etmək mağazada mal satmaq, avtobus sürmək, məktəblərdə dərs demək, rəsm çəkmək və ya məqalə yazmaqla eyni işdir.

Bəs niyə biz işçilərin yalnız bir təbəqəsini, yalnız bir fəaliyyət sahəsini günahlandırırıq? Restoranlarda təkcə musiqiçilər işləmir. Bu sektorda hələ də yüzlərlə müxtəlif vakansiya, ailəsini dolandıran minlərlə insan var.

Mən sadəcə olaraq bütün sənətçiləri bu günlərdə əyləncəli xarakterli video və ya fotoşəkilləri paylaşmamağa çağırıram. Sentyabrın 19-dan isə bütün reklam kampaniyalarını və çıxışların promosyonlarını dayandırmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.