Xəbər verdiyimiz kimi, "Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas boşanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu gün isə aktrisanın keçmiş ərini məhkəməyə verdiyi üzə çıxıb.
İddia ərizəsində o, qanunsuz saxlanılan uşaqlarının dərhal geri qaytarılmasını tələb edir. Məhkəmə sənədlərinə görə, keçən Miladda ulduzlar qızları ilə birlikdə Sofinin vətəni olan İngiltərəyə köçməyə və sonda onları oradakı məktəbə göndərməyə razılaşıblar. Bununla belə, körpələr hələ də atalarının yanında Amerikadadır və bu, onların analarına qovuşmasına mane olur.
Qeyd edək ki, Sofi və Co 2019-cu ildə evlənib. Onların iki qız övladı var.
Milli.Az