Şou-biznes

Beyonsun konsertində fanatı doğum sancısı keçirdi - VİDEO

12 Sentyabr 2023 08:44
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur müğənni Beyonsun konserti zamanı fanatı doğum sancısı keçirib.

Milli.Az lent.az-a istinadən bildirir ki,  ABŞ-da müğənni Beyonsun pərəstişkarı onun konsertində uşaq dünyaya gətirməyə başlayıb. Sancılar ulduzun çıxışının ortasında başlayıb. Sara Frensis Cons əri ilə birlikdə Beyonsun "Kaliforniya"dakı konsertinə qatılıb. Konsert stadionda baş tutub və proqram tam sürətlə davam edən zaman qadın doğuş etməyə başladığını hiss edib. Qadın və əri təcili olaraq stadionu tərk edərək ən yaxın xəstəxanaya gedib. 

Sara Nola adını verdiyi qızını dünyaya gətirdiyini də açıqlayıb.
"Əgər biz bunu sənədləşdirməsəydik, heç kimin buna inanacağını düşünmürəm" deyə Cons fikrini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.